Patrik Andrade “Qarabağ”dan illik 600 min avro maaş istəyir

saytların hazırlanması

Evə çatdırılma

Patrik Andrade “Qarabağ”dan illik 600 min avro maaş istəyir

İdman

21 Aprel 2022 16:50 987


Patrik Andrade ilə “Qarabağ” klubu arasında müqavilənin uzadılmasına dair danışıqlar davam edir. 

Qol.az-ın əldə etdiyi xəbərə görə, tərəflərin indiyədək razılığa gələ bilməməsinin səbəbi Kabo-verdeli futbolçunun daha yüksək maaş tələb etməsidir. Hazırda 29 yaşlı futbolçu ilinə 200-300 min avro arası maaş alır. 

Andradenin müqaviləsi bu ilin iyununda başa çatır. O, yeni müqavilədə isə maaşının ən azı iki dəfə artırılaraq 600 min avroya qaldırılmasını tələb edib və qiymətdə güzəştə getmək istəmir. Klub isə ona 400 min avro təklif edib. Marqarita pizza

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən jurnalistlərlə söhbətində futbolçunun çox maaş istəməsi ilə bağlı istəyinə belə cavab verib: “Hər bir futbolçu öz oyununu yaxşılaşdırdığı kimi, yaşam tərzini də yaxşılaşdırmaq istəyir. Ona görə də bu məsələyə normal yanaşıram. Ola bilər ki, daha çox üzdə olub, təklifləri çoxdur. Belə düşüncəsi ola bilər. Hər halda burada qlobal problem görmürəm. Onunla dost kimi danışıq gedir. Düşünürəm ki, yaxşı olar. Hər zaman çalışırıq ki, kim nəyə layiqdirsə ona qarşılığını verək. Neçə illərdi bu işin içindəyəm və siz deyən məsələyə pis baxmıram". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!