Patrik Andrade yenidən “Qarabağ“da

saytların hazırlanması

Evə çatdırılma

Patrik Andrade yenidən “Qarabağ“da

İdman

10 İyul 2023 14:51 957


Kabo-Verde millisinin yarımmüdafiəçisi Patrik Andrade "Qarabağ"a qayıdıb. 

Qol.az-ın əldə etdiyi xəbərə görə, 30 yaşlı futbolçunun transferi ilə bağlı məsələ müsbət həllini tapıb. Yaxın günlərdə transfer rəsmən ictimaiyyətə elan olunacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir..

Qeyd edək ki, Patrik Andrade 2020-ci ildən 2022-ci ilin may ayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. O, 2022/23 mövsümündə bu komadada bütün turnirlərdə 26 oyunda iştirak edib, 2 qol vurub və 3 qolun ötürməsini edib. Patrik Andradenin "Partizan"dakı durumundan məmnun olmadığı və artıq bu klubdan ayrıldığı bildirilir. Pepperoni pizza

Əlavə edək ki, "Qarabağ" bu yay transfer pəncərəsi dönəmində "Zirə"dən ayrılan Hamidu Keyta və Juninyonu (son klubu Portuqaliya "Çaveş"i) da heyətinə qatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!