Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana səfər edib.
Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Patruşev İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdən həmkarları ilə görüşəcək.
İyunun 17-də İrəvanda KTMT-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək. İclasda ölkələrin təhlükəsizliyinə təhdidlərin neytrallaşdırılması tədbirləri müzakirə ediləcək. Toyuqlu pizza
Telegram kanalımız