Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ

Hadisə

02 Mart 2021 17:03 1391


Son vaxtlar pay torpaqlarında yaşayış evlərinin, ictimai iaşə müəssisələrinin tikintisi aparılır, amma belə torpaqlarda bu halın baş verməsi yolverilməzdir.

Yenisabah.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, vaxtilə insanlara verilən pay torpaqlarında yalnız əkinçiliklə məşğul olmaq olar: Toyuqlu pizza

“Kənd təsərrüfatı təyinatı olan torpaqların sahəsinin azaldılmaması məqsəd qoyulub. Hər bir torpaq kateqoriyası dəyişdirilirsə, onun əsaslandırıması aparılmalıdır. Torpağln kateqoriyasının dəyişdirilməsi təşəbbüsünü irəli sürən torpaq mülkiyyətçiləri müvafiq qurumlardan bunun üçün rəy və icazə almalıdırlar. Bu prosedur aparılmadan bu katoqriyalı torpaqlarda tikinti işlərinin aparılması yolverilməzdir”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!