Paytaxtda bədbəxt hadisə: Ana qızını xilas etmək istəyərkən öldü

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda bədbəxt hadisə: Ana qızını xilas etmək istəyərkən öldü

Hadisə

06 Noyabr 2023 08:20 4330


“Paytaxtın Qaradağ rayonunda ana və qızı ehtiyatsızlıqdan yaşayış binasının 9-cu mərtəbəsinin eyvanından yıxılıblar. Bəzi kütləvi informasiya vasitələri qadının azyaşlı qızı ilə birlikdə özünü binanın 9-cu mərtəbəsindən atdığına dair məlumat yayılıb”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Facebook” hesabında məlumat verib.

“Mənzilin eyvanında pəncərələri təmizləyən yeniyetmə qız az qala pəncərədən yıxılacaqdı. Qızını xilas etmək istəyən anası da müvazinətini itirərək onunla birlikdə yıxılıb. Dördpendirli pizza

Nəticədə ana aldığı xəsarətlərdən yerindəcə keçinib, qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır”, - deyə paylaşımda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!