Paytaxtda fəhləni küt alətlə vurdular, huşunu itirdi

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda fəhləni küt alətlə vurdular, huşunu itirdi

Hadisə

11 Yanvar 2020 19:56 947


Bakıda 32 yaşlı şəxs yol kənarında huşsuz vəziyyətdə tapılıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən H.B Zərdabi küçəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri 1988-ci il təvəllüdlü, Cəlilabad sakini Fətullayev Mahir Tahir oğlunu yolun kənarında huşsuz vəziyyətdə aşkar etdikdən sonra təcili tibbi yardıma zəng ediblər. pizza mizza

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin müayinəsi zamanı ona, sol qulağının kəsilmiş yarası və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xəstəxanadan faktla bağlı polisə məlumat verilib.

Qohumlarının bildirdiyinə görə, onun baş nahiyəsinə küt alətlə xəsarət yetirilib.

Qeyd edək ki, Fətullayev Mahir daş karxanalarının birində fəhlə işləyir.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!