Paytaxtda narkotacirlər tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda narkotacirlər tutuldu - Foto

Kriminal

27 İyun 2020 17:21 1039


Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri - əvvəllər məhkum olunmuş Rövşən Əsədzadə və Kamil Quliyev saxlanılıb.

Onların üzərinə baxış zamanı ümumi çəkisi 274 qram narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.  Dominos pizza

Araşdırma zamanı müəyyən edilib ki, Rövşən Əsədzadə Abşeron RPİ tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldəetmə və ya saxlama, hazırlama, istehsaletmə, emaletmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə axtarışda olub.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!