Paytaxtda növbəti reyd: Bu obyektlərdə qanun pozuntuları aşkarlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda növbəti reyd: Bu obyektlərdə qanun pozuntuları aşkarlandı - Fotolar

Sosial

15 Mart 2020 16:45 724


"Ötən gün Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydləri davam etdirib. Çox təəssüflər olsun ki, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb".

Departamentdən "Yeni Sabah"a daxil olan məlumata görə, bu neqativ hallar Səbail rayonu, İçəri şəhərdəki “Museum İnn” otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı “Pafos” Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki “Korona” kafesində, Nəsimi rayonundakı “Badam” çay evində, Sabunçu rayonunda “MM” çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Çardaq” kafesində aşkar edilib.

Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib. Növbəti günlərdə keçiriləcək reydlərdə neqativ hallar aşkarlanan obyektlərin sahiblərinin də adları ictimaiyyətə çatdırılacaq.  pizza sifarişi

Qeyd edək ki, bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!