Binəqədi Rayon Polis İdarəsində 7 nəfərə qarşı cibgirlik edən keçmiş məhkum Dadaşov Nizami Ələkbər oğlu saxlanılıb.
Yenisabah.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq- təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən N.Dadaşov işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Vüqar Məmmədovun icraatına verilib.
Qeyd edək ki, Nizami Dadaşov əsasən qadınlara qarşı cibgirlik edib. Belə ki, 7 zərərçəkənin 6-sı qadın olub. pizza mizza
Xatırladaq ki, N.Dadaşov əvvəllər narkotik vasitələrdən qanunsuz istifadə etmə və oğurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb. Dadaşov əsasən marşrut avtobuslarından və ticarət mərkəzlərindən oğurluq edib.
Azər İsrafilov
Telegram kanalımız