Xüsusi karantin rejimi ilə əlaqədar Heydər Əliyev porospektinin "Atletlər kəndi” yaxınlığında yol polisi, yol patrul xidməti və Daxili Qoşunların əməkdaşlarının xidmət apardığı postlar qurulub. Ancaq şəhər istiqamətində olan əsas yol bağlanaraq avtomobillərin yalnız köməkçi yoldan istifadəsinə icazə verilib.
Yenisabah.az xəbər verir ki, burada sürücülərin sənədləri yoxlanıldıqdan sonra onlar yollarına davam edə bilirlər.
Məsələ burasındadır ki, prospektdə əsas yol bağlandığından operativ nəqliyyat vasitələri də tıxacda qalmalı olurlar. Pepperoni pizza
Halbuki, hava limanı istiqamətindən gələn təcili tibbi yardım avtomobillərinin sol yolla hərəkət edərək bağlanan əsas yoldan istifadə etməsi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşı postdan bir neçə metr aralıda bu sürücülərə istiqamət verə bilər. Bununla da operativ nəqliyyat vasitələrinin sürücüləri əsas yola daxil olaraq rahat hərəkət edə bilərlər.
Xəzər TV ərazidə çəkiliş apardığı zaman əksər sürücülərin təcili tibbi yardım avtomobillərinə yol vermədiyi məlum olub.
Neftçilər prospektinin Nobel prospketi ilə olan kəsişməsində isə mənzərə fərqlidir. Ərazidə karantin rejimi ilə əlaqədar qurulan postda operativ nəqliyyat vasitələrinin rahat hərəkət etməsi üçün şərait yaradılıb.
Ölkəmizdə xüsusi karantin rejiminin may ayının 4-ə kimi davam edəcəyini nəzərə alsaq, bu cür tənzimləmənin postların qurulduğu digər yollarda da tətbiq edilməsi zərurəti yaranır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Telegram kanalımız