Paytaxt sakinləri tikinti şirkətindən narazılıq edir.
"Yeni Sabah" xəbər verir ki, Mövsüm Sənani 13/15 ünvanında yerləşən "Konstra" MTK tikinti şirkətindən 169 nəfər sakin şikayətçidir.
Sakinlər 2018-ci ildə bu şirkətdən mənzil alıblar. Əllərində ödəniş qəbzləri və maliyyə arayışları da var. Lakin bir müddət keçdikdən sonra MTK tərəfindən binada tikinti işləri dayandırılıb.
Məsələ ilə bağlı Baku.tv-nin hazırladığı reportajı təqdim edirik:https://www.youtube.com/watch?v=ef-FkLSm9nQ&feature=emb_logo Telegram kanalımız