Bakıda qəza səbəbindən bağlanan yol açılıb.
Bu barədə "Yeni Sabah"a DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Bildirilib ki, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. pizza mizza
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol ötürücüsü üzərində yol-nəqliyyat qəzası nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili ilə “Azsamand” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Telegram kanalımız