Paytaxtda yaşıllıqlara qulluq göstərilir - Foto

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda yaşıllıqlara qulluq göstərilir - Foto

Sosial

11 Aprel 2020 11:50 603


Bakı şəhərində koronovirus (COVID-19) pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir. 

Ötən il paytaxtın bütün rayonlarında yol və küçələrin kənarlarında, park və bağlardakı yaşıllıq zolaqları ilə yanaşı idarə, təşkilat, ictimai-iaşə və digər obyektlərin qarşısında həmin əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, hazırda ölkə üzrə xüsusi karantin rejimi mövcud olduğundan bir çox təşkilat və obyektlərdə çalışanların evdə qalmaları səbəbindən bu yaşıl guşələr qulluqdan kənarda qalıblar.  pizza sifarişi

Yaşıl guşələrin lazımi səviyyədə saxlanılması məqsədi ilə  Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları Bakı Şəhər və paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə gündəlik qulluq göstərir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər və gül kolları mütəmadi olaraq sulanır. Əlavə olaraq yaşıllıq guşələrində yeni mövsümi güllər əkilir, kollar budanır, qaydaya salınır. 

Kommunal xidmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparırlar. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!