Paytaxtın bu ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sosial

22 May 2025 20:11 466


Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 23.05.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş Karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq. pizza hut

Eyni zamanda “Semzavod” QPS-dan qidalanan əhali kollektorunun girişində baypas xətti üzərində quraşdırılmış nasaz siyirtmənin yenisi ilə əvəz olunması məqsədi ilə saat 10:00-dan etibarən Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin də qaz təchizatında fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!