Paytaxtın bu ərazisində işıqforun quraşdırılması sürücüləri narazı saldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bu ərazisində işıqforun quraşdırılması sürücüləri narazı saldı - Video

Sosial

29 Yanvar 2020 19:11 1298


Nobel prospektində bir müddət əvvəl geridönüş üçün quraşdırılan işıqfor sürücülərin narazılığına səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, söhbət Həzi Aslanov qəsəbəsinin girişinə yaxın hissədə quraşdırılan işıqfordan gedir.

Qəsəbədən çıxan sürücülərə sola dönmək tam şəkildə qadağan edilib. Halbuki prospekt ilə üzü "Nargilə" istiqamətində gedən sürücülər işıqforda gözləməli olurlar. pizza hut

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən hissədə hərəkətin tənzimlənməsində hər hansı dəyişiklik edilməyəcək. Oradakı işıqfor təkcə avtomobillərin deyil, eyni zamanda piyadaların da hərəkətini tənzimləyir. Piyadaların rahat və təhlükəsiz keçməsi üçün üzü "Nargilə dairəsi" istiqamətində hərəkət edən sürücülər qırmızı işıqda bir neçə saniyə gözləyirlər. Elə bu səbəbdən Həzi Aslanov qəsəbəsindən çıxan sürücülərə üzü "Nargilə dairəsi" istiqamətində dönməyə icazə verilmir.

Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!