“Paytaxt”ın cəmi 4 ili qalıb? – İddialar təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

“Paytaxt”ın cəmi 4 ili qalıb? – İddialar təsdiqləndi

Dünya

30 İyun 2025 12:35 439


Türkiyənin paytaxtı Ankara şəhəri ilə bağlı narahatlıq yaradan xəbərlər yayılmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, iqlim dəyişikliyi və artan əhali Ankaranın su ehtiyatlarını sürətlə tükəndirir. Şəhərin bəndlərində aktiv doldurma nisbəti 15 faizə düşsə də, paytaxtda hər altı nəfərdən biri ümumi suyun 40 faizini sərf edir. Mövcud vəziyyət belə davam edərsə, ehtiyatların 6 ay ərzində tükənəcəyi, 2029-cu ildən sonra isə yeni su ehtiyatları tapılmasa, Ankaranın ciddi su böhranı ilə üzləşəcəyi ilə bağlı narahatlıqlar var.

Ankara 2025-ci ilin yayına quraqlıqla bağlı narahatlıqlarla daxil olub. Artan su istehlakı və bənd səviyyəsinin aşağı düşməsi diqqət çəkir. ASKİ məlumatlarına görə, Ankaranın illik içməli su istehlakı 325 milyon kubmetr, adambaşına düşən orta gündəlik su istehlakı isə 240 litr olaraq hesablanır. Ankaranın su ehtiyacı müxtəlif mənbələrdən, ilk növbədə bəndlərdən təmin edilir. Şəhəri qidalandıran ən əhəmiyyətli bəndlərə Çamlıdere, Kurtboğazı, Kesikköprü, Çubuk-2, Eğrekkaya, Kavşakkaya, Akyar, Kargalı, Peçenek və Türkşerefli kimi 10-dan çox bənd daxildir. Bu bəndlərin ümumi su tutumu bir milyard 585 milyon kubmetrdən çoxdur. Bununla belə, hazırda bəndlərdə ümumi doluluq nisbəti 25 faiz, aktiv doluluq nisbəti isə 15 faizdir. pizza mizza

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!