Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb

Sosial

21 İyul 2025 17:38 366


AYNA tərəfindən daha 3 ünvanda minib-düşmə yeri yaradılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir. pizza hut

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!