Paytaxtın mərkəzi hissələrində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın mərkəzi hissələrində qaz olmayacaq

Sosial

28 Avqust 2019 08:30 1008


Avqustun 28-də saat 08:00-dan Bakının Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

"Yeni Sabah" bildirir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi və Heydər Əliyev prospektlərində, Nəsimi, Yasamal və  Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb. Dördpendirli pizza

Həmçinin qeyd edilib ki, saat 09:30-dan Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi və s. ilə bağlı qazın verilişində məhdudiyyətlər olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!