Paytaxtın mərkəzində niyə qaz verilməyib? - “Azəriqaz” açıqladı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın mərkəzində niyə qaz verilməyib? - “Azəriqaz” açıqladı - Foto

Sosial

19 Yanvar 2020 19:54 1169


Bakının Nəsimi rayonunda qaz olmamasının səbəbi bəlli olub.  

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Azəriqaz” İB açıqlama yayıb.  

Bildirilib ki, Nəsimi rayonu Salatın Əsgərova və Səməd Vurğun küçələrinin kəsişməsində yeraltı orta təzyiqli, diametri 377 mm olan qaz kəmərində iki gündür ki, qaz sızmasının aradan qaldırılması üçün “Azəriqaz” İB-i gücləndirilmiş iş rejimində təmir-bərpa işləri aparır.   Dominos pizza

Havanın gün ərzində yağıntılı keçməsi də təmir prosesini nisbətən ləngidir. Qazıntı aparılan yerlər yağış suları ilə dolur və kəmər üzərində təmir prosesinin icrası üçün suyun çəkilməsinə zərurət yaranır. 

Buna baxmayaq, bütün əlaqədar qurumlar istirahət günündə də fasiləsiz olaraq iş başındadır.  

Qeyd edək ki, bu gün saat 18:00-da qaz xəttinin təmir olunmuş hissəsi mənbəyə birləşdirilib. Bu müddət ərzində təxminən saat 22:00-dək S.Vurğun, S.Əsgərova, R.Behbudov, S.Rüstəm, Ə.M.Topçubaşov, Bülbül və Mərdanov qardaşları küçələrində bir qrup abonentin qaz təchizatı dayandırılıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!