Peçenye qutusunda 200 min manatlıq brilyant aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Peçenye qutusunda 200 min manatlıq brilyant aşkarlandı

Kriminal

09 Aprel 2021 15:14 961


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib. Daha sonra vətəndaş yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çamadanda olan “Tiffany Glucose” peçenye paketlərinin içərisində, ümumilikdə 10 ədəd sellofan bükümdə müxtəlif ölçülü 441 qram brilyant qaşlar aşkar edilib. Dördpendirli pizza

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilyant qaşların ümumi kütləsi 2171 karat, orta qiyməti, təxminən 224 min manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!