Peçenye qutusundan 1500 tarantula çıxdı – Hava limanında şok hadisə

saytların hazırlanması

Evə çatdırılma

Peçenye qutusundan 1500 tarantula çıxdı – Hava limanında şok hadisə

Dünya

15 İyul 2025 15:23 407


Filippin gömrük əməkdaşları qeyri-adi və eyni zamanda təhlükəli bir hadisə ilə üzləşiblər.

Yenisabah.az xəbər verir ki, paytaxt Manilanın Ninoy Aquino Beynəlxalq Hava Limanında keçirilən yoxlamalar zamanı gömrükçülər şübhəli baqajlardan birini açdıqda, içərisindən 1500-ə yaxın canlı tarantul çıxıb.

Əl yükündə yerləşdirilmiş peçenye qutularının içində gizlədilən bu hörümçəklərin qanunsuz yollarla ölkəyə keçirilməyə çalışıldığı müəyyən edilib. Səlahiyyətli şəxslər bildirdiyinə görə, bu, Filippində son illərdə görülən ən böyük qeyri-qanuni vəhşi heyvan qaçaqmalçılığı hallarından biridir. pizza mizza

Tarantulalar dərhal təbiəti qoruma xidmətinə təhvil verilib. Hadisə ilə bağlı araşdırmalar başlanılıb və məsul şəxslərin kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, Filippində vəhşi heyvanların qanunsuz ticarəti ciddi şəkildə qadağandır və bu cür hallar üçün ağır cəzalar nəzərdə tutulur.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!