Bağırsağında şübhəli şiş olduğu üçün əməliyyat olunan əfsanəvi Braziliya futbolçu Pele reanimasiya şöbəsindən çıxarılıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, reanimasiyadan çıxan Pele paylaşım edib: "Oynamağa həmişə hazıram. Tezliklə birlikdə olacağıq".
Bütün zamanların ən böyük futbolçularından sayılan Pelenin hazırda vəziyyətinin stabil olduğu bildirilib. Pepperoni pizza
80 yaşlı əfsanə dəstək mesajlarına təşəkkürlə cavab verib: "Reanimasiyadan çıxarıldım və palataya yerləşdirildim. Hər gün daha da yaxşılaşıram. 90 dəqiqə və əlavə vaxtları da oynamağa hazıram”.
Telegram kanalımız