Pelosinin istinad etdiyi Avarayr döyüşü - Bu haqda nə bilirik?

saytların hazırlanması

Evə çatdırılma

Pelosinin istinad etdiyi Avarayr döyüşü - Bu haqda nə bilirik?

Rəsmi

19 Sentyabr 2022 10:53 3817


İrəvandakı Ermənistan İncəsənət Muzeyində çıxış edən ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Avarayr döyüşünü əks etdirən rəsmə istinad edib. Bu döyüş nə vaxt baş verib, onun haqqında nə məlumdur?

Yenisabah.az xəbər verir ki, Avaray, yaxud Avarayr döyüşü 26 may, yaxud 2 iyun 451-ci ildə baş verib. Avaray İranın Maku və Xoy şəhərləri arasındakı düzə ermənilərin verdiyi addır.

Tarixdə bu döyüş Sasani əsarətinə qarşı erməni üsyanı kimi tanınır. Üsyana Vardan Mamikonyan başçılıq edib. Döyüşdə ermənilərlə birlikdə qonşu iberlər və albanlar da iştirak edib.  pizza mizza

Sasani qoşunu sayca az olan üsyançıları məğlub edib. Bu vuruşmada Mamikonyan öldürülüb, lakin sasanilərin qələbəsi həlledici olmayıb. 457, 48-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yeni üsyanlar baş verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!