Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya sədrliyindən istefa verməyib.
Yenisabah.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə özü məlumat yayıb.
O bildirib: "Seçkinin nəticələri ilə əlaqədar məsuliyyət daşıyanlardan biri də siyasi partiya sədri kimi mənəm. Məsələni partiyanın İdarə Heyətində müzakirəyə çıxaracağam. Əksinə, bundan sonra siyasətlə daha geniş şəkildə məşğul olmaq barədə düşünürəm". pizza
Bundan əvvəl o, “Azadlıq Radiosu”na açıqlamasında istefa verəcəyini bildirib. Pənah Hüseyn istefasına səbəb kimi 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində uduzduğunu göstərib.
Telegram kanalımız