Pənah Hüseyn YAP-ın gənc namizədinin atasına nə demişdi? - Video

saytların hazırlanması

Evə çatdırılma

Pənah Hüseyn YAP-ın gənc namizədinin atasına nə demişdi? - Video

Siyasət

28 Dekabr 2019 08:35 5759


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 23 saylı Nəsimi ikinci seçki dairəsindən namizədi Elnur Rəhimov Bakı Tikiş Evinin direktoru Fidail Rəhimovun oğludur. 

Yenisabah.az xəbər verir ki, Fidail Rəhimov 2010-cu ildə keçirilən parlament seçkilərində YAP-ın namizədi olub. Lakin seçkilərdə qalib gəlməyib. Həmin dairədən Demokratik İslahatlar Partiyasının sədri Adim Mollazadə qalib elan edilib. 

Fidail Rəhimovun rəqiblərindən biri də keçmiş baş nazir Pənah Hüseyn olub. İctimai Televizayada namizədlər üçün təşkil olunan debatda Pənah Hüseyn onu sərt tənqid etmişdi.  Dördpendirli pizza

Keçmiş Baş nazir Fidail Rəhimovun AXC-Müsavat hakimiyyəti barədə tənqidlərinə cavab olaraq Bakı Tikiş Evinin istehsalı olan məktəbli formalarının keyfiyyətsiz olduğunu dilə gətirərək bildirmişdi: 

“Siz burda 93-dən danışmaqdansa, bu məktəblilərə ki, paltar tikmişdiniz, İqtisadi İnkişaf Nazirliyi onu brak çıxartdı rəsmən, orada  3-cü sinifə tikdirdiyiniz o paltarlar Asim Mollazadənin əyninə lax olardı. Ona cavab verin, onun hesabını verin”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!