Pənah Hüseynin seçki dairəsi məlum oldu 

saytların hazırlanması

Evə çatdırılma

Pənah Hüseynin seçki dairəsi məlum oldu 

Siyasət

08 İyul 2024 18:03 779


Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin iclasında Milli Məclisə növbədənkənar seçkilərdə iştirak məsələsi müzakirə olunub. 

Yenisabah.az xəbər verir ki, İdarə Heyəti seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. 

Partiyanın seçki qərarganının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib.  Sezar pizza

Bununla yanaşı, partiya üzvlərinin müəyyən dairələrdən deputatlığa namizədliyinin irəli sürülməsi məsləsinə də baxğılıb. 

Qərara alınıb ki, 48 saylı birinci Abşeron seçki dairəsindən Məzahir İsrayılovun, 67 saylı  Sabirabad seçki dairəsindən Qiyas Sadıqovun, 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala seçki dairəsindən Mircəlal Həmzəyevin, 99 saylı Bərdə seçki dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam seçki dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədliyi irəli sürülsün. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!