Penaltini qaçıran Şeydayev: “Komandaya bir qol borcluyam“

saytların hazırlanması

Evə çatdırılma

Penaltini qaçıran Şeydayev: “Komandaya bir qol borcluyam“

İdman

17 Fevral 2023 14:11 885


“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qalib gəldikləri (1:0) matç haqda fikirlərini bildirib. 

Yenisabah.az xəbər verir ki, hücumçu oyundan sonra “CBC Sport”a açıqlamasında əvvəlcə görüş haqda təəssüratlarını bölüşüb: 

“Çox sevinirəm ki, qələbə qazandıq. İlk oyunda qalib gəldiyimizə görə cavab matçına yaxşı əhval-ruhiyədə gedəcəyik”.  Sezar pizza

Şeydayev yararlana bilmədiyi penalti epizodu ilə bağlı da danışıb: "Penalti lotoreya kimidir. Əvvəllər vurmuşam, indi alınmadı. Böyük futbolçular da bəzən penaltidən yararlana bilmir. Futbolda belə də olur. Artıq komandaya bir qol borcluyam. Qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağam”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!