Pəncəlinin döyüş yoldaşı danışdı: “Hətta öz toyunda...”

saytların hazırlanması

Evə çatdırılma

Pəncəlinin döyüş yoldaşı danışdı: “Hətta öz toyunda...”

Sosial

08 Noyabr 2025 11:06 1595


“Allah bütün şəhidlərimizə rəhmət etsin. Pəncəli də onların içində”.

Bu sözləri "Yeni Sabah"a Pəncəli Teymurovla birlikdə döyüşdə iştirak etmiş XTQ mənsubu, 2016-ci il Aprel döyüşləri qazisi Elvin İbadov deyib.

O bildirib ki, Pəncəlinin ilahi arzusu yerinə yetib: pizza hut

"Bir insan özünə bəylik libasında belə şəhidlik arzu edirsə, o insanın necə vətənpərvər və döyüşçü ruhlu olması oradan bilinir. Ən xoş günündə belə əsas arzusu vətənlə bağlı idi. Necə ilahi bir arzu olub ki, onun istəyi yerinə yetib. Onun vətən sevgisinin həddi-hüdudu yox idi".

Elvin İbadov qeyd edib ki, Pəncəliyə haqqını verdikləri üçün çox sevinclidir:

"Dünən xəbəri oxuyanda da sevincdən qışqırdım və ağladım. Qardaşımız öz haqqını aldı. Allah məkanınız cənnət etsin qardaşımızın. Ali Baş Komandan var olsun! Əməyi keçən hər kəsə təşəkkür edirəm. Pəncəli bu mükafatı öz qanı və canı hesabına alıb.

Ailəsi ilə də mütəmadi olaraq ünsiyyətdəyik. Dünən anası ilə də danışdıq. Hər il dönümündə də məzarını ziyarət edirik. O mənim dəyərli silah yoldaşım olub".

Qeyd edək ki, dünən Pəncəli Nurməmməd oğlu Teymurova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!