Pəncərədən girib 6 min dollar oğurladı - 200-nü kəndirbaza verdi

saytların hazırlanması

Evə çatdırılma

Pəncərədən girib 6 min dollar oğurladı - 200-nü kəndirbaza verdi

Kriminal

26 Avqust 2022 12:25 1052


Quba Rayon Məhkəməsində evdən 10 200 manat məbləğində oğurluq edən şəxsə hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, 1971-ci il təvəllüdlü Aydın Zeynalov (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü (oğurluq)  maddələri ilə təqsirli bilinib.

Hadisə bu il aprelin 15-də Quba rayonunun Qırmızı qəsəbə ərazisində baş verib. Belə ki, A.Zeynalov həmin ərazidə tanımadığı şəxsə aid evin darvazsına yaxınlaşan zaman giriş qapısının açıq olduğunu görüb. O darvazanın açıq qapısından həyətə daxil olub. Həyətdə heç kəsin olmadığını bildikdən sonra evin birinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu görüb və qiymətli nələrsə oğurlamaq məqsədi ilə pəncərədən evə daxil olub. O, evdə divan örtüyünün altından içində 6000 ABŞ dolları (10200) olan qabı oğurlayaraq həmin pəncərədən çıxıb və evdən uzaqlaşıb. Dördpendirli pizza

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Aydın Zeynalov bildirib ki, Qırımızı qəsəbə ərazisində yaşayır və təmizlik işləri ilə məşğul olub ailəsi üçün çörək pulu qazanır: “Həmin gün içkili olduğumdan pulları saymadım. Oğurluq etməyim barədə ailə üzvlərimdən heç kəsin xəbəri yox idi. 26 aprel günü Qusarın Gedəzeyxur kəndinə getdim. Həmin gün kəndə kəndirbaz və onun qrupu gəlmişdi. Həmin kəndirbazın çıxışına baxdım. Həmin çıxşda iştirak edən kosa paltarını geyən şəxsə oğurladığım puldan 200 ABŞ dolları və 70 manat pul verdim. Əməlimdən peşmanam, vurduğum zərəri ödəmişəm. Zərərçəkmiş şəxslə barışıq əldə etmişik.”

Zərərçəkmiş şəxs ifadəsində ona vurulan ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin hökmü ilə A. Zeynalova iki il həbs cəzası verilib. 

Nəzrin CAVADZADƏ 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!