Pəncşirdə elektrik enerjisi təminatı təmin olundu

saytların hazırlanması

Evə çatdırılma

Pəncşirdə elektrik enerjisi təminatı təmin olundu

Dünya

12 Sentyabr 2021 10:47 746


Əfqanıstanın Pəncşir əyalətinin elektrik enerjisi təminatı 2 həftəlik fasilədən sonra yenidən bərpa olunub.

Yenisabah.az "Tolou News"a istinadla xəbər verir ki, əyalətdəki Müqavimət Cəbhəsi və "Taliban" qüvvələri arasında baş verən toqquşmalar nəticəsində iki elektrik qülləsi dağılmışdı.

Bundan əvvəl telekommunikasiya xidmətləri də kəsilmişdi. Dominos pizza

"Taliban" indi Pəncşir üzərində nəzarəti ələ keçirdiyini və əyalətdə müharibənin bitdiyini iddia edir, lakin Əhməd Məsudun başçılıq etdiyi Pəncşir Cəbhəsi müharibənin bitmədiyini və mübarizəni davam etdirəcəyini bildirir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!