Əfqanıstanın Pəncşir vilayətindəki “Taliban” əleyhinə müqavimət hərəkatının nümayəndələri Türkiyəyə müraciət ünvanlayıb.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, müraciət onlara məxsus sosial şəbəkə səhifələrindən birində dərc olunub.
Müraciətdə qeyd olunub ki, Əfqanıstanda qadınlar ölümlə üz-üzədir və əgər Türkiyə “Taliban” hökumətini tanısa, yaxud dəstəkləsə, bu cinayətlərin ortağına çevriləcək. pizza
Müqavimətçilər Türkiyəni nə qədər ki gec deyil, bunun qarşısını almağa çağırıblar.
Telegram kanalımız