Penitensiar Xidmətdən işgəncə iddialarına   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Penitensiar Xidmətdən işgəncə iddialarına - Cavab

Sosial

28 Sentyabr 2019 14:40 1216


Penitensiar Xidmət sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin dustaqlara işgəncə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

"Yeni Sabah" xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: 

"Heç bir işgəncədən söhbət gedə bilməz. Nəinki 13 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində işgəncə faktı ola bilməz. Bu, çox absurd iddiadır. Hər bir cəzaçəkmə müəssisəsində "Qaynar xətt" var. İşgəncəyə məruz qalan dustaq varsa, o "Qaynar xətt"lə nəinki Penitensiar Xidmətə, daha yuxarı instansiyalara da müraciət edə bilər. Ora gələn müraciətlər dərhal yoxlanılır. Yenə də qeyd etmək istəyirəm ki, Penitensiar Xidmətin heç bir cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz" Pepperoni pizza

Qeyd edək ki, sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun dustaqlara işgəncə verməsi ilə bağlı məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!