Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar etdi

Hadisə

31 May 2021 10:53 1056


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Yenisabah.az xəbər verir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Dominos pizza

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!