Pensiya alanlara şad xəbər -   Ödənildi

saytların hazırlanması

Evə çatdırılma

Pensiya alanlara şad xəbər - Ödənildi

Sosial

10 Oktyabr 2025 12:36 1027


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib. Sezar pizza

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin oktyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!