Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

saytların hazırlanması

Evə çatdırılma

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

Sosial

09 İyul 2025 14:23 8791


"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alaraq, təqaüdləri davamlı şəkildə artırır". 

 Bu fikirləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. 

Onun sözlərinə görə, təqaüdlər hər il avtomatik indeksasiya olunur:  Dördpendirli pizza

"Bu proses işçilərin əməkhaqqı artımının faiz göstəricilərinə uyğun şəkildə təqaüdlərin artırılmasını təmin edir". 

İqtisadçı təqaüdçülərə edilən artımların inflyasiyaya səbəb olmadığını deyib. O, bu artımların inflyasiya göstəricilərinə ciddi və əhəmiyyətli təsir göstərmədiyini xüsusilə vurğulayıb.

"Hazırkı inflyasiya artımı əsasən, idxal amilləri ilə bağlıdır. Yəni inflyasiya ölkəyə xarici məhsullar vasitəsilə daxil olur. Bu baxımdan təqaüdlərin artırılmasının inflyasiya üzərində nəzərəçarpacaq təsiri müşahidə edilmir", - deyə ekspert əlavə edib. 

X.Kərimli eyni zamanda inflyasiyanın artmasında kreditləşmənin də mühüm rolu olduğunu bildirib: 

"Kreditlərin həcminin artması əhali arasında istehlak xərclərinin çoxalmasına səbəb olur. Nəticədə daha çox alış-veriş edilir və bu da qiymət səviyyəsinə təsir göstərir".

Qeyd edək ki, pensiyalarda yanvar-iyul tarixlərində 10%-ə  yaxın artım müşahidə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!