“Pensiya” deyə-deyə dünyadan köçənlər – Hər 3 nəfərdən biri...

saytların hazırlanması

Evə çatdırılma

“Pensiya” deyə-deyə dünyadan köçənlər – Hər 3 nəfərdən biri...

Sosial

23 İyun 2025 09:37 19069


Azərbaycanda son 5 ildə 64 yaşına çatmadan həyatını itirən insanların sayı 100 mini keçib.

Yenisabah.az xəbər verir ki, hər il təxminən 3 nəfərdən biri pensiya yaşına çatmadan vəfat edir.

Hazırda ölkədə pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65 olaraq müəyyən edilib. Lakin bu yaş həddinə qədər həyatını itirən, minlərlə insan var. Toyuqlu pizza

Məlum tendensiya ölkədəki sosial müdafiə siyasəti, səhiyyə sisteminin vəziyyəti və ümumi həyat keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.

Minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 46080 manat (minimum pensiya kapitalı) pensiya kapitalı və ya 25 il iş stajı tələb olunur.

Yenisabah.az 64 yaşa çatmadan həyatını itirən insanların son illərə dair statistikasını çıxardıb:

2019 -  59,061 (ümumi ölüm) - 21 000  (64 yaşdan əvvəl ölüm)  (-35.6%)

2020 -  74,063 - 25 000 (-33.8%)

2021 -  81,292 - 28 000 (-34.5%)

2022 -  62,850 - 20 000 (-31.7%)

2023 -  59,573 - 18 000 (-30.0%)

Rəvan Rzazadə  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...gunahkar kimdir?!...
    11 months ago