Pensiya kapitalından vaxtından əvvəl istifadə etmə mümkündürmü?

saytların hazırlanması

Evə çatdırılma

Pensiya kapitalından vaxtından əvvəl istifadə etmə mümkündürmü?

Sosial

05 Noyabr 2025 14:28 405


Vətəndaşların pensiya fondunda yığılan kapitalı vaxtından əvvəl istifadə etməsi üçün yeni mexanizmin yaradılıb yaradılmayacağına aydınlıq gətirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya kapitalının müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği olduğunu xatırladıb.

Nazirlik qeyd edilib ki, şəxsin toplanmış pensiya kapitalından pensiya sığorta hadisəsi (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək və s.) baş vermədən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Pensiya kapitalı şəxsin yaşa və ya əlilliyə görə pensiya təminatı, yaxud o vəfat etdiyi halda ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya təminatı məqsədi üçün nəzərdə tutulur. Dominos pizza

Şəxs pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda pensiya kapitalı əsasında ona aylıq pensiya təyin olunur.

Vəfat etdiyi halda isə pensiya kapitalı müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!