Pensiya, müavinət, təqaüd və sosial yardım alanlara müjdə

saytların hazırlanması

Evə çatdırılma

Pensiya, müavinət, təqaüd və sosial yardım alanlara müjdə

Sosial

19 May 2025 12:55 15838


Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Belə ki, bu dövrdə fond xərcləri 2 milyard 501 milyon manat olub.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu isə həmçinin 2025-ci ildə yeni sosial paketin icrasına başlanılması ilə bağlıdır. 2025-ci ilin ilk 4 ayında fond tərəfindən 17500-dən çox şəxsə pensiya təyin edilib. Bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarıdır. Marqarita pizza

Bu baxımdan, növbəti aylarda sosial paketin daha da dərinləşməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətlət pensiya, müaviət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir.

Digər tərəfdən, qeyd olunan müddətdə fondun gəlirlərində də artım qeydə alınıb. Belə ki, fondun gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 mln. manat) çox olmaqla 2 milyard 715 milyon manat olub", - iqtisadçı əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • TELMAN
    HECNE DEMIREM. ALLAHA HEVALE EDIREM. DEDILER AYIN 23 DE PENSIYALAR HAMISI VURULUB. AYIN 24 DUR. HELE PENSIYADAN ESAR ELAMET YOXDUR.
    12 months ago
  • TELMAN
    SALAM. BES DEYIRDILER AYIN 23 DE BUTUN PENSIYALAR VURULUB BANKOMATLARA. BU GUN AYIN 24. ELILLERIN PENSIYASI VURULMUYUB. NIYE XALQI ALDADIRSINIZ??. HECNE DEMIREM. ALLAHDAN TEK ARZUM ORDA OTURANNARIN DA OVLADLARI EIIL OLSUN. 1 CI QURUP ELIL. ALLAHDAN TEK ISTEYIM BUDUR. VAR YOXLARI HAMISI HEKIMLERE GETSIN . DERDLERINE XARICI OLKELERDE WEFA BEWYUZMINE TAPILSIN. ALCAQLAR
    12 months ago
  • RƏYYAN
    Keçən il 348manat alırdıq,2 körpəm və mən.Eyni göstəricilərlə ,hətda daha betərdi halımız bu ip 280 verdilər,soruşdum nə baş verdi axı...?Cvb yoxdu.Hanı artım,dahada azaldırlar.280manat qışda heç kamunalları görmür.Qaza 120manat borc var...
    12 months ago
  • Selahattin
    Millete bele xeberler vacib deyil Söyuler sizi qaldirin ƏLLiLƏRiN MUAVİNETLERİNİ Uşaq pullu verin yadda birdefelik muavinet verin cixib gesey olkeden
    12 months ago