Pensiya ödənişlərinə yönəldilən vəsait açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Pensiya ödənişlərinə yönəldilən vəsait açıqlandı

Sosial

12 Avqust 2025 15:05 372


Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 milyon manat) çox olmaqla 4 milyard 142 milyon manat vəsait yönəldilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8.1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14.3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb. Marqarita pizza

Bu ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!