Pensiyaçılar üçün 245 manat, uşaqlar 260... - Milli Məclis qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaçılar üçün 245 manat, uşaqlar 260... - Milli Məclis qəbul etdi

Sosial

02 Dekabr 2025 16:44 16855


Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini ikinci oxunuşda qəbul edib.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur. pizza mizza

Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.

Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İbrahim
    Her seyin qiymeti qalxanda 30 faiz 50 faiz 100 faiz artir Ama minumum yasayis ucun pul 5 faiz artir ? Biyabirciliq
    5 months ago
  • Sexran
    Yəqin ki sosial pensiyanın artımı gozlənilir
    5 months ago
  • Fəxrəddin
    Bu Qanunu Qəbul edənlər yaşayış minimumu və ehtiyac meyarının 300azn göstərirlər.Özləri isə pensiyaçılara 245azn ayırırlar.
    5 months ago