Pensiyalar bu tarixdə yenidən artırıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalar bu tarixdə yenidən artırıla bilər

Sosial

06 Sentyabr 2025 09:13 60039


Rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz yüksəlib. Əməkhaqqındakı bu artım təkcə maaşların yüksəlməsi ilə məhdudlaşmır. Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq sərəncamı ilə əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə indeksləşdirilir. Yəni, əvvəlki ildə maaşların orta artım faizi nə qədərdirsə, növbəti ildə pensiyaların məbləği də həmin göstəriciyə əsasən artırılır.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iqtisadi artım tempi stabil olaraq davam edir:

"Bu ilin birinci yarısı üçün 9,4% orta aylıq əmək haqqı artıb və hazırda respublika üzrə orta aylıq əmək haqqı 1097 manat təşkil edir. Eyni zamanda, bu ilin birinci yarısında orta aylıq pensiyanın da məbləği təxminən 9,5% artıb. Hazırda pensiyanın orta aylıq məbləği 538 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 574 manata yüksəlib". pizza hut

Komitə sədri hesab edir ki, bu temp ilin sonuna qədər davam edəcək və bir qədər də yüksələcək: "Bunları nəzərə alaraq söyləyə bilərik ki, gələn il pensiyaların orta aylıq məbləğinin sığorta hissəsi minimum 10% yüksələcək və daha çox ola bilər".

M.Quliyev vurğulayıb ki, hər şey bundan sonrakı dövrdə iqtisadi artımdan asılı olacaq: "Amma güman edirik ki, ölkəmizdə hər şey stabil gedir və ilin sonuna da bu artım tempi davam edər, 10%-ə çatar və gələn ildən pensiyaların sığorta hissəsi 10% arta bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bahar
    Milləti ələ salırsız??yeni ilə arta ya artmaya.nə gic gic gündə yalan palan yazırsız
    8 months ago
  • Adil
    Niyə keçən ili pensiya 8.8% qaldırdığınız. Amma, pensiyaya cixmayanlarin kapitallarını isə 1,1% indeksasiya etdiniz? Ayıb deyil?
    8 months ago
  • Sevinc
    Ola bilər, arta bilər, ölmə eşşəyin ölmə! Dolamısız milləti!
    8 months ago
  • Elşən
    Pensiya 8,9% artır deyiləndə hər bir kamunal ərzaq 20,30 % artır , bir də həqiqətən 8% artanda ərzaq artır, yəni iki dəfə o ki qaldı digər işçilərin hansı ki, büdcəni dolduran işçilərin əmək haqqları heç qaldırılır bir baxın xatırlayın ki bu büdcəni dolduran işçilərin də əmək haqlarını artıraq deyin
    8 months ago
  • Samil
    Sosyal yardım aləm atım olcaq
    8 months ago