Pensiyaların artım faizi AÇIQLANDI: 2025-ci il üçün belə OLACAQ

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaların artım faizi AÇIQLANDI: 2025-ci il üçün belə OLACAQ

Sosial

21 May 2025 18:52 46190


Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.

2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir. 

Qeyd edək ki, DSMF-nin 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşd. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc, bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu, təxminən 10 faizlik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur – yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manata çatıb. Toyuqlu pizza

Bəs, xərclərin artımı qarşıdakı dövrlərdə hansı sosial təsirləri doğura bilər?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, cari ilin yanvar ayından etibarən pensiyaların məbləği artırılıb və ilin sonuna doğru bu sahədə əlavə qərarlar verilə bilər:

"Ümumiyyətlə, 2025-ci ildə bütün işləyən şəxslərin əməkhaqqısının artım faizi qədər 2026-cı ildə pensiyaçıların pensiyaları artacaq. Bunu qanunverciliyə salıblar və hər il avtomatik şəkildə bu davam edir.Bu o deməkdir ki, cari ildə maaşlar nə qədər artarsa, gələn il pensiyalar da məhz bu artım faizi ilə indeksasiya ediləcək. Hazırda əməkhaqqılarındakı artım tempinə əsasən, 2026-cı ildə pensiyalarda təxminən 10 faiz artım gözlənilir".

Ekspert qeyd edib ki, 2024-cü ilin sonunda ölkə başçısının imzaladığı fərman bu sahədə daha ciddi dəyişikliklərin də mümkün olduğunu göstərir. Xalid Kərimlinin sözlərinə görə, həmin fərmanla Nazirlər Kabinetinə 3 ay müddətində təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı təkliflər təqdim etmək tapşırılmışdı:

"Amma bu məsələdən artıq 3 aydan daha artıq zaman keçməsinə baxmayaraq, artım müşahidə olunmur. Bu yubanmaya səbəb neftin qiymətindəki azalma ola bilər. Neft gəlirləri dövlət büdcəsinin əsas mənbələrindən biri olduğu üçün, onun qiymətindəki dəyişikliklər birbaşa sosial siyasətə təsir göstərə bilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...qonsuya umid olan, gece samsiz qalar...bes bu vaxta qeder ne fikirlesirdiniz?!...sonluq, berbad gorunur...
    12 months ago
  • Həzrətqulu Əhmədov
    1971-2006 illər üzrə 1 milyon manat civarında DSMF yə ödədiyim ictimai və sisial sıqorta məbləğləri müqabilində 35 il üçün hər 1 ilə 1,94 man koofisent tətbiqi əsassızdır BAZA hissəsi də ləqv olunmazdır.Ona görə 48 ilə indi 403 man pensiya təminatsızdır
    12 months ago
  • Həzrətqulu Əhmədov
    1971-2006 illər üzrə 1 milyon manat civarında DSMF yə ödədiyim ictimai və sisial sıqorta məbləğləri müqabilində 35 il üçün hər 1 ilə 1,94 man koofisent tətbiqi əsassızdır BAZA hissəsi də ləqv olunmazdır.Ona görə 48 ilə indi 403 man pensiya təminatsızdır
    12 months ago
  • Vaqif Nasirov
    Mənə elə gəlir ki, pensiya insanları tənbəlliyə öyrədir. Ümumiyyətlə pensiya 80 dən sonra verilsə yaxşı olar.
    12 months ago