Pensiyalarla bağlı mühüm açıqlama: Son 6 ildə 900 min...

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalarla bağlı mühüm açıqlama: Son 6 ildə 900 min...

Sosial

27 Mart 2025 13:01 3660


Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Marqarita pizza

Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Xatırladaq ki, nazirlik 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!