Pensiyalarla bağlı təklif ilk oxunuşdan keçdi   - MÜHÜM DƏYİŞİKLİK

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalarla bağlı təklif ilk oxunuşdan keçdi - MÜHÜM DƏYİŞİKLİK

Sosial

11 Aprel 2025 20:37 28047


Milli Məclis Azərbaycanda əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısının genişləndirilməsini ilk oxunuşda qəbul edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləğ, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi büdcə olacaq. Dominos pizza

Dəyişikliklərin bu il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Qanuna digər bir dəyişikliklə isə Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasının müəyyənləşdirilməsinin Nazirlər Kabinetinə (NK) həvalə edilməsi təklif olunub.

Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, həmin sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar NK-nın müxtəlif qərarları ilə müəyyən edilir.

Bildirilib ki, dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şərif
    Tema xəstəliyinə tutulubsunuz, bir səhifə söz cümlə yazırsınız, amma çoox güman ki, heç özünüz də öz yazdıqlarınızın bir çox hissəsini anlamırsınız, bu şəhərdənin bir yaxşı səhnəsi var, yəqin hamımızın yadında olar, ibrətamiz səhnədir, ləzgi deputat haqqında, "ikinci maddenin birinci bəndine görə, yüz əlli beşinci maddenin 2-ci bəndinə görəı", nə bilim nə, nə, eynən elə bir şeylər yazırsınız, qara camaatın qandığı dildən yazsanız, allah başınıza daşmı salar?
    1 year ago