Pensiyaya çıxmaq üçün tələb olunan qayda DƏYİŞDİ:   Bundan sonra...

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaya çıxmaq üçün tələb olunan qayda DƏYİŞDİ: Bundan sonra...

Sosial

27 Mart 2025 18:43 30796


Azərbaycanda yaşa görə minimum pensiya təminatı almaq üçün vətəndaşlardan müəyyən məbləğdə pensiya kapitalının olması və ya ən azı 25 il sığorta stajına malik olmaları tələb olunur.

News24.az-ın öyrəndiyi məlumata əsasən, ötən il minimum pensiya kapitalı tələbi 40 min 320 manat olduğu halda, hazırda bu məbləğ 46 min 80 manata yüksəlib.

Pensiya kapitalının artırılması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilib. Həmin qanunun 29.1-1 maddəsinə əsasən, hər il fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı indeksləşdirilərək artırılmalıdır. Bu indeksləşmə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq aparılır. 2024-cü ildə də bu prinsip tətbiq olunaraq pensiya kapitalı ölkədəki inflyasiya səviyyəsinə uyğun şəkildə artırılaraq 40 min 320 manata yüksəlmişdi. Marqarita pizza

Dövlər Sosial müdafiə Fondunun rəsmi saytında dərc olunan məlumata görə, müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı lmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Müvafiq yaş həddinə çatan şəxslər üçün pensiya hüququnun yaranması iki əsas şərtdən asılıdır:

Minimum Pensiya Kapitalı – Əgər şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 46 min 80 manatdan az deyilsə, həmin şəxs əmək pensiyası hüququ əldə edir.

Sığorta Stajı – Əgər pensiya kapitalı bu məbləğdən azdırsa, vətəndaşın ən azı 25 il sığorta stajına malik olması tələb olunur.

Qeyd edək ki, yuxarıda qeyd olunan şərtlər daxilində kişilərə yaşa görə əmək pensiyası təyin olunması tələb olunan yaş həddi 65 yaş, qadınlar üçün isə 64 yaş (2024-cü ilin 1 iyul tarixindən 2025-ci ilin 1 iyul tarixinədək) müəyyən edilmişdir (qadınların yaş həddinin hər il 6 ay artırılmaqla 01.07.2027-ci il tarixinədək 65 yaşa çatdırılması nəzərdə tutulmuşdur).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Abbasova Vusalə Şirin qizi
    Men agir əmeliyat kecirmişem 3 dəfe mene verilen əlilik qurupu meni qani etmir men beyin əmeliyati kecirmişem sumuk defekti qan sizmalarim olub kilipseme var ancag əliliyim duzgun teyin olunmayib bu meni qani etmir menim iş qablietim yoxdu 3 qurup əlilikle nece idare edim xaiş edirem kömek edesiz
    1 year ago
  • Araz
    ƏƏSMN nəyə görə 2 dəfədən artıq kapitalı olan, 25 ildən artıq iş stajı olan insanları pensiya almaq hüququndan məhrum edir. Nəyə görə bu insanlar 65 yaşı gözləməlidir? Özünə nə sərf edirsə ona qərar verir.
    1 year ago
  • Şahin
    Pensiya
    1 year ago
  • İsazadə Nübar Əhmədəli
    Salam, mənə belə bir mesaj göndərilib nömrəmə. Size 220 manat mebleginde ayliq muavinet teyin olundu. Kartinizi 10 gunden sonra Beynelxalq bankin istenilen filialindan goture bilersiniz.
    1 year ago