Pentaqon UNO-ların görüntülərini yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon UNO-ların görüntülərini yaydı - Video

Dünya

28 Aprel 2020 10:58 1274


ABŞ-ın Müdafiə Nazirliyi ABŞ donanma pilotlarının vəzifə başında olarkən qeydə aldıqları uçan naməlum obyektlərin (UNO) görüntülərini paylaşıb.

Yenisabah.az xəbər verir ki, Pentaqon məsələ ilə bağlı açıqlamada bu görüntülərin həssas məlumatları özündə əks etdirmədiyini və sistem üçün heç bir təhlükə yaratmayacağını deyib.

Bildirək ki, paylaşılan 3 video 2004 və 2015-ci illərdə çəkilib.  pizza

Sözügedən videoların illər əvvəl internetdə yayımlandığını bildirən Pentaqon sözçüsü qeyd edib ki, hazırda bunların həqiqi olub-olmadığını ictimaiyyətə bildirmək üçün paylaşırlar. Onun sözlərinə görə, uçan cisimlərin mahiyyəti barədə hələ də məlumat yoxdur.

 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!