Pentaqona yeni rəhbər Senatda təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Pentaqona yeni rəhbər Senatda təsdiqləndi

Dünya

25 Yanvar 2025 09:31 152


ABŞ Senatı Pit Heqset Birləşmiş Ştatların müdafiə naziri vəzifəsinə təsdiqləyib.

Yenisabah.az Associated Press-ə (AP) istinadla xəbər verir ki, Senatda çoxluğu təşkil edən respublikaçılar olsa da, Heqsetin Amerika administrasiyasının ən mühüm postlarından birinə təyin olunması cüzi səs fərqi ilə dəstəklənib.

Senatorlar namizədin əvvəllər alkoqolasılılığını və qadınlara qarşı "aqressiv" davranışını qeyd edib, Pentaqon rəhbəri vəzifəsinə layiq olduğuna şübhə ilə yanaşıblar. Dördpendirli pizza

Pit Heqset 1980-ci ildə Minnesota ştatında anadan olub və Prinston və Harvard universitetlərini bitirib. O, İraq və Əfqanıstanda xidmət etmiş ABŞ ordusunun veteranıdır. O, 2012-ci ildə Minnesotadan Senat üçün uğursuz namizəd və daha sonra Fox News-da aparıcı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!