Tanınmış aktrisa Pərvin Abıyeva 30 yaşını qeyd edib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən sənətçi ən böyük arzusunun torpaqların işğaldan azad edilməsi olduğunu yazıb.
Hərbi geyimdə fotolarını izləyiciləri ilə bölüşən Pərvin "Artıq 30 yaşım oldu. Daha gənc qız deyiləm. Bu vaxta qədər çox arzularım olub və çoxunu da həyata keçirmişəm. Amma bu yaşımda ən böyük arzum hazırda Vətən uğrunda gedən döyüşlərimizin uğurla başa çatıb, ermənilər tərəfindən işğal olunan torpaqlarımızın geri alınmasıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Tanrı cəbhə bölgəsində olan əsgərlərimizə yar olsun" – deyə şərh verib. Dördpendirli pizza
Qeyd edək ki, 17 oktyabr 1990-cı ildə anadan olan aktrisa əslən Ağdaşlıdır.
Telegram kanalımız