Pərvin Abıyeva: “Polis şöbəsinə getdik, 3 saat...”

saytların hazırlanması

Evə çatdırılma

Pərvin Abıyeva: “Polis şöbəsinə getdik, 3 saat...”

Şou

16 Sentyabr 2021 18:00 1157


Aktrisa Pərvin Abıyeva Vətən müharibəsi ərəfəsində əsgərlərə yardım aparmasından söz açıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə canlı yayım açaraq bu barədə danışan sənətçi ünvanına yazılan tənqidlərin yersiz olduğunu bildirib.

O, əsgərlərə yardım apardıqları zaman polis tərəfindən saxlanılmasından danışıb: Toyuqlu pizza

"Həmin vaxt foto paylaşdım, hamı ağzına gələni yazdı. Dedilər ki, özünü göstərməyə gedib, saçını açıb yemək çəkir. Amma heç kim ora necə çətinliklə getdiyimizi demədi. Biz yeməkləri "əyri" yolla ora çatdırdıq. Yolda dedilər ki, keçə bilməzsiniz, olmaz. "Əyri yollar" tapıb getdik ki, yeməklər ziyana getməsin. Cəbhədən qayıdanda cəzalandırıldıq. Yevlaxda bizi polislər mühasirəyə aldır, şöbəyə apardılar, 3 saat şöbədə qaldıq. Tolik (Tarix Əliyev) orda neçə saat mübahisə etdi ki, biz yardım aparmışıq. Heç kim məsələni dərinliyə qədər bilmir, amma tənqid edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!