Pərvin yalan danışır? - Günay açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Pərvin yalan danışır? - Günay açıqladı

Şou

18 Noyabr 2025 15:51 876


Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın Türkiyədə film təklifi alması və imtina etməsi ilə bağlı açıqlamasına münasibət bildirib. 

"Yeni Sabah" Axşam.az-a istinadən xəbər verir ki, "Afaqla 10lar" proqramına qonaq olan Günay Türkiyədə heç bir qorxuducu şərtlər olmadığını deyib:

"Şərtlər görməmişəm. Orada çox film, serialda oynamışam. Hansı şərtlər? Bütün sahədə müqavilə imzalayırıq. Burada şərtlər olur. Amma başqa nə şərt? İnandırıcı deyil. Pərvini sevirəm. Amma hərdən oxuyuram ki, getdim Türkiyəyə, təklif gəldi, qəbul etmədim. Başa düşmürəm, niyə insanlar bunu demək məcburiyətindədir. Hər kəsin işinə hörmətlə yanaşıram. Amma hər deyilənə inanmayın".  Dominos pizza

Qeyd edək ki, Pərvin "Çox ağır şərtləri var. 5 illik müqavilə imzalayacaqdıq. Bütün həyatın onlardan asılıdır. Yemək-içməyin, çölə çıxıb marketə getməyin belə. Deyəndə ki, ayda 1 dəfə Azərbaycanda getmək istəyirəm, razılaşmadılar" açıqlamasını verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!